Jurnalist Əfqan Muxtarlının həyat yoldaşı Leyla Mustafayeva Gürcüstan hakimiyyətinin ona və qızına vətəndaşlıq təklifini qeyri-səmimi adlandırıb.
Tbilisidə Əfqan Muxtarlının oğurlanmasından sonra Gürcüstanın baş naziri Georgi Kvirikaşvili bildirib ki, jurnalistin ailə üzvlərinə vətəndaşlıq verilməsi xahişi ilə ölkə prezidentinə müraciət edib. Leyla Mustafayeva təklifi qəbul etməkdən imtina edib.
L.Mustafayeva bildirib ki, həyat yoldaşının problemi prioritetdir və onun həyatına təhlükə var. Buna görə də Gürcüstan ilk növbədə Muxtarlının özünə vətəndaşlıq təklif etməlidir.
“Düşünürəm ki, onlar bu yolla ölkənin imicini reabilitasiya etmək istəyirlər. Ancaq razılaşmadım, çünki bu şou kimi görsənir. Əgər baş nazir səmimi olsaydı, onlara mənə yox, həyat yoldaşıma vətəndaşlıq təklif edərdilər”, – deyə o qeyd edib.
Fizzə
Oxunub: 538