Azərbaycanlı jurnalist Əfqan Muxtarlının oğurlanması haqqında iş üzrə 100-dən çox adam dindirilib, müşahidə kameralarından 100-dən çox görüntü götürülüb. Bu barədə parlament əksəriyyətinin lideri Arçil Talakvadze “Rustavi 2” telekanalının efirində bildirib.
Talakvadze qeyd edib ki, istintaq hadisədən dərhal sonra başlayıb. “Məhkəmə hökmü ilə 30-dan çox videokameradan görüntülər götürülüb. Teleqüllələrlə bağlı skanlaşdırma mərhələsi gedir. 100-dən çox insan dindirilib və bu proses davam edir.
Gürcüstan həmçinin Azərbaycan tərəfə müraciət edib və Muxtarlını bizim müstəntiqlərin də dindirməsini xahiş edib ki, bu dindirmənin protokolu işə əlavə edilsin”, deyə Talakvadze bildirib(“Turan”).
Oxunub: 514