ABŞ prezidenti Donald Tramp Federal Təhqiqatlar Bürosunun (FTB) direktoru postuna namizəd tapıb. Bu, ölkənin baş prokurorunun keçmiş müavini Kristofer Reydir.
Tramp yeni qərarı barədə “Twitter” hesabında məlumat verib: “Federal Təhqiqatlar Bürosunun rəhbəri vəzifəsinə böyük nüfuzu olan bir şəxsin – Kristofer Reyin namizədliyini irəli sürəcəm. Detalları daha sonra açıqlayacam”.
Kristofer Rey 1992-ci ildə hüquq fakültəsini bitirib. Ayrı-ayrı vaxtlarda Apellyasiya Məhkəməsində hakim köməkçisi, Corciya ştatında prokuror köməkçisi işləyib.
2003-cü ildə prezident Corc Buşun təyinatı ilə ABŞ Ədliyyə Nazirliyində kriminal şöbənin rəhbəri vəzifəsini tutub.
Xatırladaq ki, Tramp bir müddət əvvəl FTB-nin keçmiş direktoru Ceyms Komini vəzifədən azad edib. Onun işdən çıxarılması Trampın seçkiqabağı kampaniya üzrə köməkçiləri ilə rusiyalı rəsmi şəxslər arasında əlaqələri araşdırmaq üçün FTB tərəfindən aparılan təhqiqat fonunda baş verib.
Hazırda büroya müvəqqəti olaraq keçmiş direktorun müavini Endryu Makkeyb rəhbərlik edir.
Gültəkin
Oxunub: 180