ABŞ prezidenti Donald Trampla rusiyalı həmkarı Vladimir Putin G20-nin iyunun 7-8-də Hamburqda keçiriləcək sammitində görüşə bilərlər.
Bu barədə Putinin mətbuat katibi Dmitri Peskov açıqlama verib: “Mümkündür ki, Hamburqda görüş baş tutsun”.
Lakin Peskov bildirib ki, görüşdən sonra prezidentlərin mətbuata açıqlaması olmayacaq: “Təkcə görüş olacaq. Görüşün nəticələrinə dair mətbuata açıqlama verilməyəcək”.
Xatırladaq ki, bundan əvvəl Kreml prezidentlərin görüşünün iyulda baş tutacağını bildirmişdi.
Gültəkin
Oxunub: 236