ABŞ prezidenti Donald Tramp Qətər böhranının həlli üçün bu ölkənin əmiri Şeyx Tamin bin Hamad Al Thani’yi Ağ Evə dəvət edib. Tramp dəvətini Qətər əmirinə telefon danışığında çatdırıb. Məlumatı Ağ Ev yayıb.
Məlumatda deyilir ki, telefon söhbətində Tramp Şeyx Taminə terrorun maliyyələşməsini və radikal ideologiyanın yayılmasını önləmək üçün bölgədəki bütün ölkələrin əməkdaşlıq etməli olduğunu bildirib. Trump qeyd edub ki, Körfəz Əməkdaşlıq Şurası ölkələrinin həmrəyliyi və ABŞ-la güclü müttəfiqlik terrorizmi məğlub etmək üçün çox önəmlidir.
azadliq.info
Oxunub: 76