Təxminən bir həftə öncə “Azərbaycan Dəmir Yolları” QSC-də maaş problemi haqda yazmışdıq. O zaman əsas problemin Gəncə Dəmiryol Stansiyasında işləyən maşinistlərlə bağlı olduğunu qeyd etmişdik. Lakin bu yazıdan sonra bizə ünvanlanan məktublarda problemin yalnız Gəncə Dəmiryol Stansiyasında işləyən maşinistlərlə bağlı olmadığı vurğulanır. “Azadlıq.info” olaraq bir neçə saatlıq araşdırmamız da deyilənlərin doğru, problemin daha ciddi olduğunu göstərir.
Belə ki, araşdırmamız nəticəsində məlum olur ki, “Azərbaycan Dəmir Yolları” QSC-də işləyənlərin təxminən 90-95 faizi (rəhbərliyə daxil olanlar istisna olmaqla) 2-3 aydır maaşlarını ala bilmirlər. Məsələn, Bakı Vaqon Deposunda çalışanlar tam 3 aydır maaş üzünə həsrətdir. İdarədən işçilərə Ramazan bayramında yığılıb qalan maaşlarının bir hissəsini verəcəklərini vəd etsələr də, sözlərini tutmayıblar. İşçilər bayramı maaşsız keçirməli olublar.
Hətta qurumun təmir-tikinti idarəsində çalışanlara da aylardır maaş verilmir. İşçilərin bildirdiyinə görə, bu idarədə işləyənlərin işi həddindən qarıtq çətin olduğuna görə adətən onların maaşlarında belə uzunmüddətli gecikmələr olmur. İlk dəfədir belə vəziyyətlə qarşılaşan işçilər, vəziyyətlə bağlı rəhbərlikdən heç bir ağılabatan izahat ala bilmirlər.
İşçilər vəziyyətin belə davam edəcəyi halda kütləvi tətillərə başlayacaqlarını bildir.
azadliq.info
Oxunub: 380