Azərbaycanın, Türkün, Qafqazın tarixi, kültürü, ideolojisilə bağlı bütün dəyərli qaynaqlar qorunmalı, bilimsəl araşdırmalardan sonra yeni soylara çatdırılmalıdır. Bu anlamda Rusca «Azərbaycan» qəzetinin 8 fevral 1919-cu il, 29-cu sayındakı Müslüm bəy Maqomayevin «Arşin mal alan na Armyanskom yazıke» (Arşın mal alan Erməni dilində) adlı, «Vmesto resenzii» (Resenziya yerinə) alt başlıqlı yazısı ilə bağlı bir sıra qaynaqları tutuşdurdum. Müslüm bəyin Ermənilərin Üzeyir Hacıbəyliyə, ulusuna-elinə sayğısızca oynadıqları eperettası ilə bağlı illərlə gözlədikləri, özlədikləri Azərbaycan Demokratik Respublikasının hüquq gücünə güvənərək yazdığı yazısındakı «Bir tanınmış Erməninin mənə «Arşın mal alan»ın Türkiyədə çoxdan oynanan əski Erməni (?!) pyesi olduğunu doğrulamağa çalışmasını da yadıma saldım» sözləri Azərbaycanın ulusal ideoloqu Məhəmməd Əmin Rəsulzadənin yenidən işləyib çap etdirdiyim «Qafqaz Türkləri» bitiyindəki «İstanbulda tanınmış bir Erməni doktoru mənə bu əsərin Ermənicədən Türkcəyə çevirmə olduğunu kəsinliklə deyirdi» sözlərini də mənim yadıma saldı… (Bax: Məhəmməd Əmin Rəsulzadə. Qafqaz Türkləri. B., 2012, 50-ci s.).
Ermənilərin huyuna çevrilmiş bu davranışa sosial psixoz deyilir. İllər boyu az qala biogenetik çalar qazanmış bu psixozu Rusiya İmperiyasının Rus ulusunu da pis günə salan, Erməniləri geopolitik çıxarları yolunda qumara qoyan yanlış politikası yaratmışdır. Rusiya İmperiyası politikasını dəstəkləmək amacı ilə 18-ci yüzilin 20-ci illərindən Qafqaza, daha çox da Azərbaycana köçürdüyü Ermənilər oyuncağa çevrilərək, bu gün də bölgədə törədilən bütün ağrı-acıların, savaşların, soyqırımların ikinci sorumlusuna çevrilmiş, bilinən tarix boyu Qafqazın yiyələri olmuş, ana yurdlarında gəlişmiş, çağdaş demokratik geopolitik bölgə, kültür birliyi yaradıb özgürcə, barışla yaşamaq istəyən Azərbaycan Türklərinin, Gürcülərin, Qafqaz Ellərinin yaşamı pozurlar!!!
Bu yaşam biçimi Ermənilərin bu sürədə, daha çox da «doistoriçeskie vremena – tarixöncəsi çağlar» söyləncələrlə doldurulmuş «tarix»ində uğur kimi görünsə də, ötəridir. Ermənilər bunu anlamalı, yanlış yoldan çəkilməlidirlər!
Ermənilər tarix boyu Türklərin, Ərəblərin, Rusların… içində ulusal azlıqtək yaşamış, 1918-ci il mayın 28-dək dünyanın heç bir yerində dövlət qurub yaşamamış, hansısa bir bölgədə dünya çapında kültür yaratmamışlar! Yaşadığı yerlərdə daha çox Doğu Kültürünün etkisində olub ondan yararlanan Ermənilər düşüncələrindəki yalançı «böyüklüyə» aldanaraq, çeşidli yollarla Azərbaycan Türklərinin kültür dəyərlərini oğurlayıb adlarına çıxmağa çalışmışlar. Sayat Novadan, onlarca başqa Erməni aşığından tutumuş, XX yüzildəki ən tanınmış Erməni bəstəçilərindən olan Aram Xaçaturyanadək Azərbaycan Türklərinin dilindən, musiqisindən yararlanmışlar…
Müslüm Maqomayevin Rusca «Azerbaydcan» qəzetindəki yazısı ilə bağlı Qulam Məmmədlinin «Üzeyir Hacıbəyov (1885-1948). Həyat və yaradıcılığının salnaməsi». B., 1984 toplusunda bilgi olub-olmadığına baxdım. Bitikdəki «Redaktordan» açıqlamasındakı «…Dövri mətbuatda (əksərən inqilabdan əvvəl) dərc olunmuş bir sıra yazılarda Üzeyir Hacıbəyova istinad olunan gizli imzalara ehtiyatla yanaşılmış, onların qəti şübhə doğuranlarından imtina edilmiş, ətrafında mübahisə aparılmağa layiq olanlara məhdud miqyasda yol verilmişdir» sözlərini də gözə alaraq, bir sıra şeyləri araşdırdım. «Üzeyir Hacıbəyov» toplusunda qəzetin adı «Azərbaycan», «Azerbaydcan» kimi iki sayaq yazılsa da, nədənsə bu yazıda Rusca yox, Türkcə «Azərbaycan» yazılmışdır. 1919-cu il fevralın 8-də Türkcə «Azərbaycan» qəzeti çıxmayıb, o biri saylarda da bu yazı yoxdur! Yazının «Bunlar əsəri təhqir etmək dərəcəsinə çatdırılmışdır» sözlərindən sonra üç nöqtə qoyularaq, bir parçası buraxılmışdır.
Rusca «Azerbaydcan» qəzetindəki yazı birlikdə yazılmış Muslimbek adı ilə bitir. «Üzeyir bəy Hacıbəyov» bitiyindəki yazının sonunda isə Türkcə Muslümbəydən sonra Rusca «Azerbaydcan»dakı yazıdan bir düşüncəni SÖZARDI deyiləcək «Artırma»da vermişlər: «Nəhayət bunlara son qoymaq lazımdır. Əyər birisi bu əsərin tərcüməsini oynamaq istəyirsə, o, əsərin müəllifini göstərməyə məcburdur. Recissor quruluşu dəyişə bilər, lakin aktyorların tip yaratmaq əvəzinə səhnədə təlxəklik etməsinə yol verilə bilməz…».
Rusca «Azərbaycan»da Qulam Məmmədlinin bitiyindəki ikinci Müslüməy sözardısı yoxdur!
Yazıda «pravitelstvenom teatre» «dövlət teatrı»dək, pyes operetta kimi çevrilmişdir. Orada milli yox, tradisiya sözü vardır: «Dumayu, çto pora bı polocit kones vsem izdevatelstvam i nad pyesoy i nad temi tradisiyami, kotorıe vıvodyatsya v pyese». Rus dilindəki tradisiya sözü Türkcə gələnək deməkdir. Çevirici tradisiyanın yerinə anlamca uzaq, milli Ərəb sözünü işlətmişdir.
Çevirmədə ayrıcdakı Mailov sözü buraxılmış, tanınmış operetta yerinə tanınmış bəstəkar yazılmış, Arşin mal alanın önünə populyar artırılaraq, motiv sözü muğam kimi çevrilmişdir. Yazıda mahnılar sözü də yoxdur.
Bunları gözə alaraq, Azərbaycan, Üzeyir bəy Hacıbəyli, Müslüm bəy Maqomayev qarşısında böyük sorumluluqla Müslüm bəy Maqomayevin Rusca «Azərbaycan» qəzetinin 8 fevral 1919-cu il, 29-cu sayındakı «Arşın mal alan Erməni dilində» yazısını Türk dilinə çevirib, çağdaş oxuculara çatdırıram. Azərbaycan Respublikasının yüz illiyinə kiçik ərmağan olsun!
Yadigar Türkel
fəlsəfə üzrə elmlər doktoru
5 iyul 2017-ci il
«Arşın mal alan Erməni dilində»
(Resenziya yerinə)
Erməni artistləri fevralın 4-də, Ağalıq teatrında (Mailov) Müsəlman bəstəçisi Ü. b. Hacıbəyovun tanınmış «Arşın mal alan» operettasını oynadılar. Pyesinin necə oynandığını yazarın bilib-bilmədiyini bilmirəm, ancaq pyesi, ondakı bütün gələnəkləri bu aşağılamanın aradan qaldırılmasının çağının çatdığını düşünürəm.
Birincisi, üçüncü aktda oricinaldan bir hava belə yoxdur, ikisi çalınsa da, çox dəyişdirilmişdir, qalanları özbaşına alınmışdır. Məncə bu, yolverilməzdir!
Artistlər niyə oricinaldakı kimi oynamırlar, sualıma onlar pyesi başdan bəri belə oynayıblar, dəyişəmmirlər – dedilər (?!). Bunun necə tutarlı, inandırıcı olduğunu bilmirəm, ancaq o, bir göstəricidir!
Recissorlar rolların oynanmasında pyesi də, onun ideyasını da alt-üst edən oyunbazlıqlara yol vermişlər. Baxaq: qulluqçu Vəli Soltan bəyin bəzəkli otağına ilk girişində bulaşıq ayaqqabılarını çıxarıb kürsünün üstünə qoyur.
– Bu, nə deməkdir?
– Onun Soltan bəyin dizlərini qucması nə deməkdir?
– Asyanın sonuncu üzüntülü mahnını oxuyanda oynaması nə deməkdir?..
Axı bunlar yanlışlıqlar deyildir, ələsalmadır!
Bütün şeylər daha çox gülüş doğurmağa qurban edilmişdir!
Dünənki oyuna baxarkən, dörd yana səs salmış bu operettanın keçən il «Forum» sinematoqrafında yaramazcasına göstərilməsi yadıma düşdü.
Ansızın «Arşın mal alan operettasının havaları» adı ilə Tiflisdə çap olunan notları da yada saldım.
Erməni artist dəstəsinin Vladiqafqazdakı kimin əsəri olduğu göstərilməyən bildirişlərini də yadıma saldım.
Bir tanınmış Erməninin mənə «Arşın mal alan»ın Türkiyədə çoxdan oynanan əski Erməni (?!) pyesi olduğunu doğrulamağa çalışmasını da yadıma saldım.
Üzeyir Hacıbəyovun əsərlərindən bütün qramofon qazancları yadıma saldım…
Bunlara son qoymaq gərəkdir! Kimsə çevrilmiş pyes oynayırsa, onu olduğu kimi oynamalıdır!
Recissor quruluşu gücləndirə bilər, ancaq o, artistlərin düzgün tiplər yaratmalarını gözləməlidir, öyunbazlığa isə yer olmamalıdır! Müslümbəy
«Azərbaycan», 8.02.1919, №29 (Rus dilində).
«Аршин мал алан на Армянском языке»
(Вместо рецензии)
4-го февраля в Правительственном театре (Маиловский) Армянскими артистами была поставлена известная оперетта Мусульманского композитора У. б. Гаджибекова «Аршин мал алан». Не знаю, известно ли автору, в каком виде разыгрывается его пьеса, думаю, что пора бы положить конец всем издевательствам и над пьесой и над теми традициями, которые выводятся в пьесе.
Во-первых, в третьем акте нет ни одного мотива из оригинала, а если и исполняются два, то в искаженном виде, остальные взяты произвольно. Это, по моему, недопустимо.
На мой вопрос почему артисты не играют пьесу по оригиналу, они ответили, что всегда играли эту пьесу так и переучивать не могут (?!).
Не знаю насколько это веско и доказательно, но знаю, что это весьма характерно.
В исполнении ролей режиссура допустила такие трюки, которые являются форменным издевательством и над пьесой и над той идеей, которая вложена в неё. Например, слуга Вели войдя первый раз в комнату Солтан бека – богато убранную, сняв свои грязные башмаки, положил их на кресло.
– Что это значить?
– Что значило обнимание им же колен Солтан бека?
– Что значить танец Аси во время последнего минорного трио?..
Ведь это не промахи, а это издевательство.
Всё было принесено в жертву тому, чтобы вызвать лишний смех. Глядя на вчерашнее исполнение, я невольно вспомнил то безобразие, которое показывалось в синематографе «Форум» в прошлом году под именем этой нашумевшей оперетты.
Я невольно вспомнил и те ноты, которые сейчас издаются в Тифлисе под именем «Известных мотивов из оперетты «Аршин мал алан». Я невольно вспомнил и афиши Армянской труппы в г. Владикавказе, где ни одного слова не было о том, чьё это произведение.
Я невольно вспомнил слова одного видного Армянского деятеля, который старался доказать мне, что «Аршин мал алан» это старая Армянская (?!) пьеса, давно разыгрываемая в Турции.
Я невольно вспомнил все граммофонные эксплуатации произведений Гаджибекова…
Пора положить конец всему этому. Если кто-либо берётся играть переводную пьесу, то обязан исполнять её так, как она исполняется в оригинале.
Режиссура может улучшать постановку, она должна следить за тем, чтобы артисты давали действительные типы, а клоунству не должно быть места.
Муслимбек
«Азербайджан», 8.02.1919, №29
Yadigar Türkel
Oxunub: 244