Erməni silahlı birləşmələrinin iyulun 4-də Füzuli rayonu Alxanlı kəndini atəşə tutması və biri 2 yaşlı uşaq olmaqla 2 nəfəri öldürməsi bir sıra nüfuzlu Qərb mediasında işıqlandırılıb.
Nyu-York Times hadisə barədə Reuters agentliyinin xəbərini dərc edib. Xəbərdə ermənilərin Alxanlını ağır artileriya atəşinə tutması və iki mülki vətəndaşımızı qətlə yetirməsi barədə Azərbaycan Müdafiə Nazirliyinin açıqlamasına istinad olunur.
“Azәrbaycan Müdafiә Nazirliyinin mәtbuat xidmәti 4 iyulda Alxanlı kәndindә Ermәnistan tәrәfinin bombardmanı nәticәsindә iki yaşlı uşağın vә bir qadının öldüyünü, bir nәfәrin isә yaralandığını bildirib. Azәrbaycan qüvvәlәrinin qarşı tәrәfә cavab verdiyi qeyd olunub.
Etnik ermәnilәrin idarә etdiyi bölgәdә baş verәn yanğınlar, neft vә qaz kәmәrlәri keçәn bölgәdә baş verә bilәcәk geniş atışma narahatçılıq doğurub”, – deyə yazıda göstərilir.
Daha sonra münaqişənin tarixindən qısa arayış verilir və bildirilir ki, 1994-cü ildə imzalanan atəşkəs müqviləsinə baxmayaraq, hәr iki tәrәf bir-birinә qarşı hücumlar hәyata keçirir.
Məlumatda 2016-cı ilin Aprel əməliyyatı da yada salınır və həmin əməliyyat zamanı azı 200 nәfәrin öldüyü qeyd olunur. “May ayından bu tәrәfә hәr iki tәrәf bölgәdә ağır toplar, tanklardan istifadәni ciddi dәrәcәdә artırıb”, – deyə məlumatda bildirilir.
azadliq.info
Oxunub: 706