Daha iki jurnalist Baş Prokurorluğun Ağır Cinayətlərə dair İstintaq İdarəsinə çağırılıb. Bunlar müstəqil jurnalistlər İzolda Ağayeva və İslam Şıxəlidir.
Çağırış jurnalist Əfqan Muxtarlının və “Meydan”TV-nin işi ilə əlaqədardır.
İ.Ağayeva iyulun 6-da saat 10:00-da, İ.Şıxəli isə iyulun 7-də həmin vaxtda çağırılıb.
Bundan əvvəl jurnalistlər Sevinc Vaqifqızı, Xədicə İsmayıl, Natiq Cavadlı, Müsavat Partiyasının keçmiş və indiki rəhbərləri İsa Qəmbər, Arif Hacılı və digərləri bu iş üzrə dindiriliblər.
İslam Şıxəli
Ötən həftə Ə.Muxtarlının işini “Meydan” TV-nin işi ilə birləşdiriblər.
Hakimiyyət hər vəchlə müxalifətyönlü KİV-in xaricdən maliyyələşdirilməsi ilə bağlı sübit axtarır.
Oxunub: 356