İspaniya mətbuatı AŞPA sədri Pedro Aqramuntun Azərbaycan hakimiyyəti ilə çirkli əlaqələrindən yazıb. Yazıda pul, qızıl və digər qiymətli əşyalar qarşılığında parlamentarilərin əla alınmasından bəhs edilir. Yazını təqdim edirik:
Pedro Aqramunt artıq tәk qalıb. O, Azәrbaycanın beynәlxalq imicini ağartmaq mәqsәdi ilә AŞPA-da Azәrbaycanla bağlı komissiya qurulmasını әngәllәmәkdә, bunun üçün müxtәlif millәt vәkillәrinә rüşvәt vermәkdә vә bәzi şübhәli әlaqәlәrdә günahlandırılır. Aqramuntla şәxsәn dost olan italiyalı deputat Luka Volonteyә Azәrbaycan hakimiyyәtinin lehinә lobbiçilik fәaliyyәti apardığı üçün 2,3 milyon avro ödәnib.
Namuslu olan hәr kәs belә vәziyyәtdә istefa etmәyi seçәrdi
Aprel ayında AŞPA-nın iclasında sәsvermә oldu vә Aqramuntun qurum adına hәr hansı sәfәr vә ya qәrar qәbul etmәsi donduruldu. Parlamentdә onlarla deputat Aqramuntu istefaya dәvәt etdi. Bu hәftә isә öz partiyası ona arxa çevirib.
Bu günlәrdә isә Aqramuntun sözcüsü vә әsas kömәkçisi Jorge Mestre bildirib ki, bu bir şәrәf mәsәlәsidir. O yalnış bir şey etmәyib. Suriyaya sәfәrindәn peşman deyil. O, Suriyaya Әsәdә İnsan Haqlarına sağyı göstәrmәyә dәvәt etmәk üçün gedib.
Bir alman millәt vәkili Aqramuntun Azәrbaycan hökumәti ilә yaxın әlaqәdә olduğunu deyib. Alman deputat deyib ki, “namuslu olan hәr kәs belә vәziyyәtdә istefa etmәyi seçәrdi. 2012-ci ildә Aqramunt sәdr seçilmәmişdәn әvvәl Gerald Knausun sәdri olduğu Avropa Sabitlik vә Tәşәbbüs qrupunun fәaliyyәtini izlәyib. Qrupun Aqramunt sәdr seçilmәmişdәn әvvәl Azәrbaycandakı rejim haqqında hazırladığı “davam edә bilmәz” hesabatından ötrü istafasını tәlәb etmişdi.”
Әliyev rejiminin xidmәtlәrini genişlәndirmәk üçün səpilən pullar
Qәzet yazır ki, kürü diplomatiyasından istifadә edәrәk yeni mәclisi satın almaq üçün bütün mümkün vasitәlәrdәn istifadә ediblәr. Aqramuntun çox yaxın dostu Luka Volonte Azәrbaycan hökumәtindәn iki milyondan çox pul aldığını etiraf edib vә bildirib ki, 10 il içindә bu mәblәğ 10 milyona çata bilәrmiş.
Niyә bu qәdәr pul? İlham Әliyev rejiminin xidmәtlәrini genişlәndirmәk üçün, görüntü vә etibar mәsәlәsini hәll etmәk üçün parlamentdә o sәslәrә ehtiyacı var idi. Türkiyә ilә boru xәttini maliyyәlәşdirmәk üçün, Dünya Bankından kredit alınması üçün, ümumiyyәtlә beynәlxalq fondlardan da kredit almaq üçün ölkә haqqında neqativ qәrarlar olmamalı idi.
Pul, şantaj, kürü, xalçalar, qızıl komplektlәr və sәyahәtlәr
2013-cü ildә Volontenin vә Aqramuntun çalışmalarının vә Elxan Süleymanovun apardığı külli miqdarda pulların kömәkliyi ilә Kristof Ştrasserin Azәrbaycanda siyasi mәhbusların vәziyyәti ilә bağlı hesabatı sәsvermә zamanı yetәrli sәs ala bilmәdi.
Elxan Süleymanov
Azәrbaycan lobbiçiliyi ilә mәşğul olan Volonte tәrәfindәn Müslüm Mәmmәdova göndәrilәn e-maildә “güvәnә bilәcәyimiz adamlar” siyahısında Aqramuntun da adı olub. Volontenin etirafları yetәrli olmasa belә, çoxlu sayda dәqiq şikayәtlәr var. Elxan Süleymanov çox sistematik bir iş görürmüş. Puldan әlavә şantaj edilir, kürü, xalçalar, qızıl komplektlәr bağışlanır, sәyahәtlәr tәşkil edilirmiş.
Alman deputat Şveyb deyib ki, mәn Aqramuntu Azәrbaycan hökumәti ilә әlaqәdә olduğuna görә günahlandırmıram. Amma Aqramunt hәr zaman onları qoruyurdu, arxalarında dayanırdı.
Volonteyә Süleymanovun pul vermәsindәn başqa bütün digәr әlaqәlәr araşdırılacaq.
Tәәssüf ki, Süleymanov hәlә dә üzv olaraq qalır
Aqramunt hәlә Azәrbaycan üzrә nümayәndә olanda Knaus onu araşdırmağa başlayıb. Hәlә o zaman daha çox jurnalist hәbs olunurdu, siyasi mәhbuslar artırdı, insan haqları pozulurdu, amma Avropa Parlamentinә fәrqli raport gәlirdi. Paradoks bir vәziyyәt idi. Artıq 2012-ci ildә “kürü diplomatiyası” öz işini görmәyә başlamışdı. Halbuki, Aqramunt uzun illәr Azәrbaycanda hadisәlәrin düz mәrkәzindә olub. Siyasi mәhbusların azad edilmәsinә qarşı alınan qәrarlara olan münasibәti, onlara qarşı apardığı işlәr çox qәribә idi.
Digәr qurumlar Azәrbaycanda siyasi mәhbuslar olduğunu deyirdilәr. Amma Aqramuntun rəhbərliyi altında hazırlanan çox yaxşı hesabatlar vә dövrәyә girәn “kürü diplomatiyası” vәziyyәti dәyişirdi.
Aqramumtun bütün bu davranışları öz partiyası tәrәfindәn dә qınanıb. 26 iyunda Avropa Parlamentindәki sәsvermәdә partiyası da onun әleyhinә sәs verib.
azadliq.info
Oxunub: 942