Avropa Birliyinin öz prokurorluğu olacaq.
Bu barədə qərar bu gün Strasburqda – Avropa Parlamentinin iclasında qəbul olunub.
2020-ci ildə fəaliyyətə başlayacaq prokurorluğun işində Avropa Birliyinin 20 üzv dövləti iştirak edəcək.
Yeni strukturun əsas işi korrupsiyaya, transsərhəd dələduzluğuna, çirkli pulların yuyulmasına qarşı mübarizə və maliyyə cinayətlərinin araşdırılması olacaq.
Avropa Komissiyasının məlumatına görə, təkcə transsərhəd dələduzluğuna görə Avropa Birliyinə hər il 50 milyard avro zərər dəyir.
Ümumavropa prokurorluğunun yaradılması ilə bağlı müzakirələr bir neçə ildir gedirdi. Lakin öz ədliyyə orqanlarının səlahiyyətlərini Avropa Birliyinin bu strukturuna verilməsinə üzv dövlətlərin hamısı razı deyildi.
Gültəkin
Oxunub: 168