İyulun 11-i səhər saatlarında Azadlıq qəzetinin əməkdaşı Xəyal Babayevin ( Şahinoğlu) Bakıda yaşadığı ünvana polis gəlib. Polis əməkdaşları X.Babayevin valideynlərindən onun hazırda harada olduğunu soruşub və bu barədə izahat alıblar. İzahatda əməkdaşımızın ölkəyə dönərək, məhkəmədə ifadə verməli olduğu vurğulanıb.
Xəyal Babayev qəzetimizin yayım direktoru Faiq Əmirlinin işinə şahid kimi cəlb olunanlardan biridir və ifadə vermək üçün məhkəməyə çağırılıb. Lakin o, ölkəni tərk etdiyi üçün məhkəməyə gələ bilmir və bu barədə hakimə müraciət edib. Müraciətində o, istintaq zamanı təzyiqlə alınan ifadədən imtina etdiyini bildirib.
X.Babayev hazırda Almaniyadadır və siyasi sığınacaq üçün müraciət edib.
azadliq.info
Oxunub: 494