33 beynəlxalq təşkilat Fransa prezidentinə Azərbaycanda siyasi məhbusların azad edilməsinə kömək etmək çağırışı ilə müraciət qəbul ediblər.
“Biz israrla sizi Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) müxalifət fəalı İlqar Məmmədovun işi üzrə qərarının icrasının təmin edilməsinə kömək etmək üçün administrasiyanızın nüfuzundan və təsir vasitələrindən istifadə etməyə çağırırıq.
Avropa Məhkəməsi onun hökuməti tənqid etdiyinə görə saxlanıldığı barədə hökm çıxarsa da, o, hələ də həbsdədir.
Azərbaycan hakimiyyətinin bu iş üzrə qərarı icra etməməsi Avropa Şurasının yaratdığı insan hüquqlarını müdafiə rejiminə etimadı sarsıdır və Azərbaycanda qanunsuz olaraq məhkəmə təqibinə məruz qalan hamı üçün təhlükəli presedent yaradır”, deyə müraciətdə qeyd edilib.
Son illər Azərbaycan hökuməti tənqidi səslərə qarşı daimi repressiyalar həyata keçirir. QHT-lərin işini ciddi şəkildə məhdudlaşdırılan qanunlar tətbiq edilib, müstəqil KİV təzyiqə məruz qalır, siyasi müxalifət məhdudlaşdırılıb, hüquq müdafiəçiləri, jurnalistlər və fəallar isə həbs edilib, mühakimə olunub və siyasi ittihamlarla həbsxanalara salınıb.
Həbs edilənlərin bəziləri azad edilsə də, yeni həbslər davam edir.
Bloger Mehman Hüseynov, jurnalist Əziz Orucov, müxalifətçi Gözəl Bayramlı, jurnalist Əfqan Muxtarlı – bunlar yeni siyasi məhbuslardır.
Müraciət müəllifləri Makronu vətəndaş cəmiyyətinin İlqar Məmmədovun işinin Avropa İnsan Hüquqları Konvensiyasının 46.4-cü maddəsinə uyğun olaraq qərarın icra edilməməsi əsasında AİHM-ə göndərilməsi barədə Avropa Şurası Nazirlər Komitəsinə çağırışını dəstəkləməyə;
İlqar Məmmədovun işi üzrə qərarın həyata keçirilməsi üçün AİHM-nin qərarlarının icrasının vacibliyi haqqında açıq bəyanat yaymağa;
Mehman Hüseynovun, Əziz Orucovun, Gözəl Bayramlının və Əfqan Muxtarlının və bütün digər siyasi məhbusların azad edilməsi üçün bütün mümkün tədbirləri görməyə;
Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrini görüşə çağırmağa və onlara dəstək ifadə etməyə çağırıblar.
Oxunub: 668