ABŞ prezidentinə qarşı qanunverici orqanda bu ilk impiçment təşəbbüsüdür
Demokratlar partiyasını təmsil edən konqresmenlər Bred Şerman və El Qrin Donald Trampa impiçment təşəbbüsünü irəli sürüblər. Səbəb kimi onun Rusiyanın 2016-cı ildə keçirilən seçkilərə mümkün müdaxiləsini araşdırılmasına mane olmasıdır. Bu barədə The Hill məlumat yayıb.
Nəşrin yazdığına görə, bu, Konqresin Trampa impiçmentlə bağlı təklif edilən ilə qanun layihəsidir.
“İndi biz ABŞ Konqresinin Nümayəndələr Palatasının hüquq komitəsini Rusiyanın bizimseçkilərə müdaxiləsi və qanunvericiliyə maneələrə yaradılması ilə bağlı dinləmələr keçirməyə məcbur etməyə çalışacıq”, – deyə Şermanın bəyanatında qeyd olunur.
Onun sözlərinə görə, Tramp barədə məlumat onu deməyə əsas verir ki, prezidentin kampaniyası Rusiyadan dəstək almağa can atırdı.
Şermanın fikrincə, Trampın gizlətmək istədiyi məsələlər olub. Prezidentin Maykl Flinna qarşı araşdırmanı dayandırmaq cəhdi də bunu deməyə əsas verir.
Şerman qeyd edib ki, FTB-nın direktoru Ceyms Kominin işdən azad edilməsi də ədalət mühakiməsinə əngəl yaradırdı.
Fizzə
Oxunub: 410