“Lanset” klinikasının direktoru Fərman Ceyranov bu gün keçirilən məhkəmə prosesində Azərbaycan prezidenti İlham Əliyevin şəxsi məhbusu olduğunu deyib.
Onun sözlərinə görə, Gürcüstan prokurorluğu onu Əliyevin sifarişi ilə təqib edir. Klinika rəhbəri Azərbaycan müxalifəti ilə maliyyə əlaqələrini qəti şəkildə inkar edib.
“Əliyevin şəxsi girovu və məhbusuyam. Mən və həbsdə olan 6 nəfər diktator Əliyev tərəfindən təqib edilir. Mən həkiməm və siyasətlə heç bir əlaqəm yoxdu. Klinikaya pasiyent gələndə onun siyasi baxışları ilə maraqlanmıram. Gürcüstan prokurorluğu məni siyasi əlamətlərə görə Əliyevin sifarişi ilə təqib edir. Ittiham olunduğum məsələnin heç bir hüquqi əsası yoxdur”, – deyə Fərman Ceyranov bəyan edib.
Fizzə
Oxunub: 1228