Suriyada rusiyalı hərbi müşavir Nikolay Afanasov həlak olub.
Bu barədə Müdafiə Nazirliyinin açıqlamasında deyilir.
“Hökumət qoşunlarının Hama əyalətindəki şəhərciyinin silahlılar tərəfindən minaatanlardan atəşə tutulması nəticəsində rusiyalı hərbi müşavir kapitan Nikolay Afanasov həlak olub”, – deyə məlumatda bildirilir.
Nikolay Afanasov, Suriya ordusunun şəxsi heyətinə təlim keçirmiş. Onun ölümündən sonra mükafata təqdim edildiyi bildirilir.
Oxunub: 110