Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) İzmirin Petkim yarımadasında inşa olunan “STAR” neft emalı zavodu layihəsi tamamlandıqdan sonra ikinci neft-kimya layihəsinə başlayacaq.
Bunu “Anadolu” agentliyinə müsahibəsində SOCAR prezidenti Rövnəq Abdullayev bildirib.
“Neft emalı zavodundan sonra 3 mlrd. dollar investisiya dəyəri olan ikinci neft-kimya layihəsinə başlayacağıq. Bu layihənin 2023-cü ilə qədər həyata keçirilməsi üçün əlimizdən gələni edir və işlərimizə vaxt itirmədən davam edirik. Türkiyənin neft-kimya məhsullarından qaynaqlanan 11,5 mlrd. dollarlıq cari kəsiri var. Biz də Türkiyədə həyata keçirməyi planlaşdırdığımız bu yeni layihələrlə neft-kimya sektorundakı cari kəsiri təxminən 3 mlrd. dollar azaltmağa çalışırıq”, – deyə R.Abdullayev bildirib.
Oxunub: 138