Fələstin dövlətinin başçısı Mahmud Abbas, etdiyi açıqlamada “İsrail ilə bütün əlaqələri kəsdik. Məscid-i Aksadan detektorlar götürülənə qədər təxirə saldıq” deyə bildirb.
Qüdsdə Hərəmi Şərifdə Cümə namazı qılınamamış, baş vermiş hadisələrdə 3 nəfər ölüb, xeyli sayda insan yaralanmışdı.
İsrail polisi iyulun 14-də Məscid-i-Aksada silahlı hücumda iştirak etddi iddiası ilə 3 fələstinlini öldürmüşdü. İnsident nəticəsində 2 İsrail polisi yaralanmış və müalicə aldıqları xəstəxanada dünyasını dəyişmişdi.
Bu hadisə səbəbilə Məscid-i-Aksanı ibadətə bağlayan polis Hərəmi-Şərifin qapısını bazar günü açmış və terror hadisələrinin qarşısını almaq məqsədilə metal axtarış detektoru quraşdırmışdı.
Minlərlə fələstinli isə buna etiraz olaraq namazlarını Məscidi-Aksanın qarşısında qılır.
Polislə fələstinlilər arasında bu səbəbə görə tez-tez mübahisələr yaşanır.
Oxunub: 246