Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Qüdsdəki Əl-Əqsa məscidi ətrafında yaşanan xoşagəlməz hadisələrlə bağlı İsrail prezidenti Reuven Rivlinə təcili zəng vurub. “NTV” xəbər verir ki, telefon danışığı zamanı Ərdoğan, israilli həmkarına Əl-Əqsa məscidinin müsəlmanlar üçün müqəddəs olduğunu xatırladaraq, baş verən hadisələri narahatlıqla izlədiyini bildirib.
İsrail polisinin Əl-Əqsa məscidinə namaz qılmağa gələnləri sərt yoxlamalardan keçirməsinin qəbuledilməz olduğunu deyən Ərdoğan, bunun dərhal dayandırılmasını istəyib.
“Müsəlmanlar ilk qibləgahımız olan Əl-Əqsa məscidinə sərbəst giriş edərək namaz qıla bilməlidir. Gərginliyin səbəbi insanlara namaz qılmağa maneələr yaradılmasıdır. Ümid edirəm ki, İsrail hökuməti lazımi addımları vaxtında ataraq, gərginliyin böyüməsinin qarşısını alacaq” — Türkiyə prezidenti qeyd edib.
Xatırladaq ki, iyulun 14-də İsrail polisi Əl-Əqsa məscidinə namaz qılmağa gedən 3 nəfər fələstinli gənci güllələyərək öldürmüşdü. Buna qəzəblənən fələstinli kütlə iki polis nəfərini qətlə.
Oxunub: 514