Dövlət Baytarlıq Nəzarəti Xidmətinin (DBNX) müayinələrinin nəticəsinə əsasən, Ukraynadan “Qualiko” əmtəə nişanı adı altında ölkəyə idxal edilən dondurulmuş toyuq ətlərinin tərkibində heç bir əlavə, normadan artıq baytarlıq preparatları, insan orqanizmi üçün zərərli qalıq maddələr aşkar edilməyib və bütün göstəricilər Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilmiş sanitariya-epidemioloji qaydalar və normativlərə uyğun olub.
Xatırladaq ki, Baş Prokurorluq malın ölçüsü, çəkisi və keyfiyyətində istehlakçıların xeyli miqdarda aldadılmasına şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 200.1 (istehlakçıları xeyli miqdarda aldatma) maddələri ilə cinayət işi başladıb. Belə ki, araşdırmalar zamanı Ukraynadan Azərbaycana “Qualiko” əmtəə nişanı adı altında dondurulmuş toyuq əti gətirən bir neçə şirkətin vəzifəli şəxslərinin səlahiyyət hədlərini aşdığı aşkarlanıb. Bəlli olub ki, onlar ölkəyə tərkibində nəmliyinin kütlə payı normadan 6 dəfəyə qədər artıq olan Ukrayna istehsalı dondurulmuş toyuq əti məhsulları idxal ediblər.
azadliq.info
Oxunub: 254