Bilirsiniz də, Keniyanın yeni müddətə “seçilmiş” köhnə prezidenti Ali Məhkəmənin seçkinin nəticəsini ləğv etmək haqda qərarını tanıdığını, bu qərarla hesablaşacağını bildirib. Yox, mən bilirəm ki, Azərbaycan məhkəmələrinin heç biri seçkinin saxtalaşdırıldığını təsdiq edəcək cəsarətə malik deyil. İlham Əliyevi elə təhlükə gözləmir. Amma nəzəri söhbətdir də, edirik ))) Bizim Konstitusiya Məhkəməsi də məsələn, 2013-cü ildə cəsarətlənib ATƏT-in “seçkilər məntəqələrin 58 faizində saxtalaşdırılıb” rəyinə istinad və seçkinin nəticəsini ləğv etsəydi, İlham Əliyevin bu qərara münasibəti sizcə, necə olardı?
Oxunub: 900