Yunanıstanda bütün KİV sentyabrın 26-da həmkarlar qurumlarının qərarı ilə 24 saatlıq tətilə çıxıb. Tətil əlavə sosial sığorta sisteminin saxlanması, KİV əməkdaşlarının əmək və sosial hüquqlarını qorumaq tələbi ilə keçirilir.
Səhər saat 6-dan radio və televiziyada xəbərlər efirə çıxmır, saytların çoxu işləmir. Tətilin sentyabrın 27-si səhər saat 6-ya qədər davam edəcəyi bildirilir.
Tətil təşkilatçılarının bəyanatında qeyd olunur ki, Əlavə Sığorta üzrə Vahid Jurnalist Təşkilatı adlı xüsusi fondun xilası üçün hökumətlə və işəgötürənlərlə danışıqlar nəticəsiz qalıb. Fondun köməyi ilə ehtiyacı olan jurnalistlər əlavə pensiya, birdəfəlik maliyyə yardımı ala, tibbi xidmətdən yararlana bilir. Son illər maliyyə böhranı üzündən fond vəsait qıtlığı yaşayır.
Həmkarlar qurumları bildirir ki, işəgötürənlər fondun işinə mane olur, üzvlük haqqı ödəmir, hökumət isə problemin həlli üçün qanunvericilik təşəbbüsü göstərmir deyə qurum çökür.
Həmkarlar qurumları pensiya ödəyə, tibbi yardım göstərə bilmədiyi üçün fonda dəstək göstərməyi və KİV əməkdaşlarını da cəlb etməklə onun işini genişləndirməyi tələb edir.
Mətbuat işçilərinin tələbləri arasında söz azadlığını qorumaq tələbi də var.
Novator.az
Oxunub: 152