“Azad Azərbaycan” telekanalında (ATV) “inqilabi” dəyişiklikdən sonra telekanaldan uzaqlaşdırılanlar arasında aparıcı Turan İbrahimovla yanaşı, Azər İsmayılov da var. Həmçinin onların aparıcı olduqları verilişlər – “ATV Səhər” və “Yoxlama” da qapadılıb. Bu haqda “Azadliq.info”ya telekanaldan məlumat verilib.
Məlumatda bildirilir ki, yayılan xəbərlərdən bəlli olduğu kimi, Turan İbrahimov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov və paytaxdakı “26” kafesinin özbaşına dağıdılması haqda tənqidi fikirlərinə görə uzaqlaşdırılıb. Bu məsələ bütövlükdə ATV-də rəhbərlikdən tutmuş, sıravi əməkdaşlara qədər çoxlarının işdən çıxarılmasına səbəb olub.
“Yoxlama”nın qapadılması və Azər İsmayılovun uzaqlaşdırılmasının isə ATV-yə Vüqar Qaradağlının yerinə prezident təyin olunmuş Azər Xəlilovun öz təşəbbüsü olduğu bildirilir.
Ümumiyyətlə, “Yoxlama” verilişindən, o cümlədən Azər Abbasovun müxtəlif obyektlərə özbaşına daxil olması, kobud rəftarından xeyli şikayətlər vardı.
azadlıq.info
Oxunub: 1060