İraq neft naziri Cebbar Luaybi ölkәdәki bütün neft quyularının mәrkәzi hökumәtin nәzarәtindә olduğunu bildirib. Luaybi paytaxt Bağdadda keçirilәn 44-cü Beynәlxalq Bağdad Sәrgisindә jurnalistlәrә verdiyi açıqlamada ölkәnin şimalındakı enerji istehsal edәn sistemlәri tәkmillәşdirdiklәrini bildirib.
Şimalda itirilәn nefti konpensasiya etmәk üçün Basra ilә cәnub neft quyularında istehsalı artırdıqlarını qeyd edәn Luaybi neft istehsalı vә ixracında tarazlığı saxladıqlarını vә ölkәnin bu istiqamәtdә itkiyә mәruz qalmayacağını bildirib.
İraqlı nazir әlavә olaraq Rusiya neft nәhәngi Rosneft ilә İraq Kürd Bölgәsәl Hökumәti arasında razılaşma әldә oldundu iddialarına dair dә açıqlama verib. Luaybi bildirib ki; “bu mәsәlәni eşitmişik, ancaq әtraflı mәlumata sahib deyilik. Gәlәn ilk mәlumatlara görә şimaldakı bәzi tәbii qaz yataqlarını tәkmillәşdirmәk üçün danışıqlar gedir. Rosneftlә danışdıq, mәsәlәnin danışıq mәrhәlәsindә olduğunu bildirdilәr.”
Azadliq.info
Oxunub: 500