Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) quyuda qazma zamanı baş vermiş qəza ilə bağlı məlumat yayıb.
SOCAR-dan verilən məlumata görə, “Qaradağ” sahəsindəki 490 saylı quyuda qazma prosesi zamanı qəbul meydançasından köməkçi bucurqad vasitəsilə yuxarı işçi meydançaya qaldırılan borulardan biri yırğalanıb və Kompleks Qazma İşləri Trestinin “Qaradağ-Qalmaz” İstehsalat Bölümünün qazmaçı köməkçiləri 1965-ci il təvəllüdlü Gözəlov Fikrət Alıkişi oğluna və 1964-cü il təvəllüdlü Ədilov Cavad Əlibala oğluna xəsarət yetirib.
Hər iki zərərçəkən təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb.
Oxunub: 694