Müsavat Partiyasının 3 noyabr 2017-ci il tarixdə(bu gün) Bakı şəhər İcra Hakimiyyətinin binası qarşısında keçiridiyi piket çevik polis alayının vasitəsiylə dağıdılıb. Buna baxmayaraq müsavatçılar “Azadlıq!” şüarları səsləndirib və piketin qətnaməsəni oxuya biliblər.
Müsavat Partiyasının 3 noyabr 2017-ci il tarixdə
Bakı şəhər İcra Hakimiyyətinin binası qarşısında keçiridiyi piketin
Q Ə T N A M Ə S İ
Avropa İnsan Hüquqları Konvensiyasının 11-ci maddəsinə əsasən hər kəsin dinc toplaşmaq azadlığı və öz maraqlarını müdafiə etmək üçün həmkarlar ittifaqları yaratmaq və onlara qoşulmaq hüququ da daxil olmaqla başqaları ilə birləşmək azadlığı hüququ var.
Azərbaycan Respublikası Konstitusiyasının 49-cu maddəsinə əsasən hər kəsin başqaları ilə birlikdə sərbəst toplaşmaq azadlığı vardır. Hər kəsin başqaları ilə birlikdə müvafiq dövlət orqanlarınıqabaqcadan xəbərdar etməklə, ictimai qaydanı və ya ictimai əxlaqı pozmamaq şərtilə, dinc, silahsız yığışmaq, yığıncaqlar, mitinqlər, nümayişlər, küçə yürüşləri keçirmək, piketlər düzəltmək hüququ vardır.
“Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikasinin Qanununun 3-cü maddəsinə əsasən bu Qanunda istifadə edilən “toplantı” anlayışı bir neçə şəxsin toplantıda iştirak etmək məqsədi ilə ictimai yerdə müvəqqəti toplaşması deməkdir. Bu cür toplantı yığıncaq, mitinq, nümayiş, küçə yürüşü, piket formalarında ola bilər.
Lakin sərbəst toplaşmaq azadlığını məhdudlaşdıran Əliyev hakimiyyəti Azərbaycanda küçə yürüşlərinin, nümayişlərin, piketlərin keçirilməsinə qeyri-rəsmi qadağa qoyub.
Biz, Müsavat Partiyasının 3 noyabr 2017-ci il tarixdə Bakı şəgər İcra Hakimiyyətinin binası ünündə keçirilən piketin iştirakçıları bu qadağanın dərhal aradan qaldırılmasını, Azərbaycanda nümayişlərin, küçə yürüşlərinin, piketlərin, eləcə də “Məhsul” stadionundan kənarda da mitinqlərin keçirilməsi hüququnun təmin olunmasını tələb edirik.
Piket başa çatandan sonra bir neçə nəfər saxlanılsa da, sonradan onlar sərbəst buraxılıb.
Oxunub: 990