Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) 2017-ci il üçün Azərbaycanda ÜDM-in azalmasını 0,5% səviyyəsində proqnozlaşdırır.
Bu barədə bankın noyabr ayına olan regional iqtisadiyyatıa dair icmalında (Regional Economic Prospects) qeyd olunur.
May ayında da AYİB 2017-ci il üçün Azərbaycanda ÜDM-in azalmasını 0,5% səviyyəsində proqnozlaşdırmışdı.
“Makedoniya ilə yanaşı, Azərbaycan AYİB-ə üzv ölan iki ölkədən biridir ki, burada 2017-ci ilin birinci yarısında ÜDM-in azalması müşahidə olunur. Azərbaycan iqtisadiyyatında azalma neftin qiymətinin aşağı olması, ölkədə hasilatın azalması, həmçinin bank sektorunda mürəkkəb vəziyytlə əlaqədardlır”, – AYİB bildirir.
Məlumata əsasən, 2017-ci ilin yanvar-sentyabr aylarının yekunları üzrə neftin qiymətinin orta bərpası və makroiqtisadi stabilləşmə fonunda Azərbaycamda ÜDM-in azalma templəri 0,6%-dək azalıb.
“Bununla belə, cari ilin 9 ayı ərzində inflyasiya 13,9%-dək artıb. 2017-ci ilin birinci yarısında 2016-cı ilin birindi yarısının yekunları üzrə ÜDM-in 3,6% səviyyəsində kəsirə qarşı tədiyə balansının cari əməliyyatlar hesabının kiçik profisitimeydana gəlib”, – icmalda vurğulanır.
AYİB-in qiymətləndirmələrinə görə, Azərbaycan hökumətinin makroiqtisadi siyasəti “inflyasiyanın qarşısını almaq, milli valyutanın məzənnəsinə təzyiqi azaltmaq məqsədilə nisbi kəskin olaraq qalır”.
Azadliq.info
Oxunub: 142