Azərbaycanda manatla ayrılan banklararası kreditlərin ucuzlaşması 2017-ci ilin sentyabr ayında davam edib. Manatla kreditlər üzrə orta faiz dərəcəsi sentyabrda daha 0,03 faiz bəndi azalaraq oktyabrın 1-nə illik 8,41% təşkil edib.
Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) aylıq hesabatında xəbər verilir.
Xarici valyutada kreditlərdə isə orta faiz dərəcəsi 9,76%-dən 9,97%-ə yüksəlib. Hesabata əsasən, ən bahalı 30-90 günlük banklararası kreditlərdir. Belə ki, bu müddətə manatla verilən kreditlər üzrə orta faiz 20,62%, xarici valyutada isə 17,22% təşkil edib.
Azadliq.info
Oxunub: 1162