Uels hökumətinin sabiq naziri uyğunsuz şəxsi davranışlarına görə ittiham olunduqdan sonra intihar edib. Ötən həftənin sonunda 49 yaşlı Karl Sargent Uşaq və Yerli Birliklər naziri vəzifəsindən azad edilib. Uelsin baş naziri Sargentin qadınlarla bağlı bir sıra insidentlərdə iştirak etdiyini öyrəndikdən sonra onun Leyboristlər Partiyasına üzvlüyü də dayandırılıb.
Leyboristlər Partiyasının lideri Jeremy Corbin Sargentin ölümündən sarsıldığını bildirib.
Vəfat edən nazir evli idi və iki övlad sahibi idi. Onun cəsədi yaşadığı evdə tapılıb. BBC-nin verdiyi məlumata görə, Carl Sargent intiharla “adını təmizləmək” niyyətində olduğunu bildirib.
Oxunub: 890


































