Fransanın Bakıdakı səfirliyindən viza almaq istəyənlər bundan sonra “CAPAGO” şirkətinə müraciət etməlidirlər. Bu haqda səfirliyin mətbuat “Azadliq.info”ya məlumat verilib.
Məlumatda bildirilir ki, Fransız vizalarının yeni mərkəzi olan bu şirkət Bakıda “Globus Center”-də ( Cəfər Cabbarlı küçəsi 609) yerləşir.
Noyabrın 7-dən fəaliyyətə başlayan mərkəz “TLS” şirkətini əvəz edir. Bundan öncə fransız vizaları üçün təqdim olunan sənədlərin baxılmasını “TLS” şirkəti həyata keçirirdi.
Yeni viza mərkəzi görüşlərin alınması, viza ilə bağlı sualların cavablandırılması, fransız viza mərkəzində əhalinin qəbulu, viza müraciətlərinin qəbulu, barmaq izlərinin alınması, xidmət (standart qiymət 26 avro) və viza xərclərinin toplanması, pasportların geri qaytarılması kimi xidmətlər həyata keçirəcək.
Yeni fransız viza mərkəzində görüş götürmək üçün France Visas saytına daxil olmaq lazımdır: https://france-visas.gouv.fr/web/az, sonra isə təklif olunan linklərə daxil olub CAPAGO saytında görüş götürmək olar.
Qeyd edək ki, İspaniya, Belçika, Niderland, Portuqaliya və Lüksemburq üçün viza müraciətlər CAPAGO şirkəti tərəfindən idarə olunan yeni fransız viza mərkəzində baxılacaq.
Azadliq.info
Oxunub: 404