Noyabrın 3-də SOCAR-ın Kompleks Qazma İşləri Trestinin 490 saylı quyunun istehsalat sahəsində aparılan qazma işləri zamanı baş verən qəzada xəsarət alan qazma köməkçisi Fikrət Gözəlov dünyasını dəyişib. Bu haqda “Azadliq.info”ya bir neçə gündür onun saxlandığını 1 saylı Kliniki Tibbi Mərkəzdən məlumat verilib.
Məlumatda bilirilir ki, 52 yaşlı Fikrət Gözəlov noyabrın 8-də səhər tezdən dünyasını dəyişib.
Qəza zamanı xəsarət alan digər qazma köməkçisi Cavad Ədilov isə Mərkəzi Neftçilər Xəstəxanasında müalicə olunur.
Qeyd edək ki, bir neçə gün öndə dənizdəki platformaların birində pilləkənin çürük olması səbəbindən suya düşmüş neftçi Rasim Əliyev də dünyasını dəyişmişdi.
Azadliq.info
Oxunub: 172































