Azərbaycanda vaxtı keçmiş kreditlər bu il oktyabrın 1-nə 1 857,1 mln. manat təşkil edib.
Mərkəzi Bank xəbər verir ki, bu, sentyabrın 1-i ilə müqayisədə 33,1 mln. manat və yaxud 1,8% çoxdur.
İlin əvvəlinə nisbətən problemli kreditlər 384,5 mln. manat və yaxud 26,1%, son 1 ildə isə 259,8 mln. manat və yaxud 16,3% artıb.
Sentyabrın sonuna vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində payı 14,9% olub. Bu nisbət avqustun sonunda 14,7%, ötən ilin sonunda 9%, ötən il sentyabrın sonunda isə 9,5% təşkil edib.
Azadliq.info
Oxunub: 118