Səudiyyə Ərəbistanında kral ailəsi üzvlərinə və məmurlara qarşı keçirilən antikorrupsiya əməliyyatının ikinici mərhələsi başlayıb.
İkinci dalğada siyasət və ticarət dünyasına yaxın adamlar korrupsiyada şübhəli bilinərək saxlanılıblar.
Məlumata görə, onların bir qismi 2011-ci ildə vəfat etmiş vəliəhd şahzadə Sultan bin-Əbdüləzizin ailəsinin üzvləridir. Qalanları isə krallıqda müxtəlif səviyyədə dövlət vəzifəsində işləyiblər.
Həbs olunan şəxslər krallığın paytaxtı Ər-Riyaddakı “5 ulduz”lu “Ritz Carlton” otelində saxlanılırlar.
Səudiyyə hökuməti antikorrupsiya kampaniyası çərçivəsində 800 milyard dollarlıq maliyyə vəsaitlərini müsadirə etməyi planlaşdırır.
Oxunub: 276