Sentyabr ayının sonuna fiziki şəxslərin banklardakı 7 milyard 22.2 milyon manat əmanətinin 1 milyard 981.8 milyon manatı və ya 28,2%-i milli valyutada, 5 milyard 40.4 milyon manatı və ya 71,8%-i xarici valyutada yerləşdirilmiş əmanətlərdən ibarət olub.
Mərkəzi Bank xəbər verir ki, Avqust ayı ilə müqayisədə Sentyabrda milli valyutada əmanətlər 63,4 milyon manat, xarici valyutada əmanətlər isə 63,3 milyon manat artıb. Qeyd edək ki, xarici valyutada əmanətlər bu ilin 9 ayında Sentyabrda ilk dəfə artıb.
Bu ilin Yanvar ayının sonunda milli valyutada əmanətlər 1 milyard 452.7 milyon manat, xarici valyutada əmanətlər 6 milyard 294.5 milyon manat təşkil etmişdi.
Azadliq.info
Oxunub: 186