Azərbaycanı “Avroviziya 2018” beynəlxalq mahnı müsabiqəsində təmsil edəcək ifaçı müəyyənləşib. İtv.az-ın məlumatına görə, münsiflər heyətinin 8 noyabr iclasında yarışmaya müğənni Aysel Məmmədovanı göndərmək qərara alınıb.
Azərbaycan Avropa Yayım Birliyinin 1956-cı ildən keçirdiyi “Avroviziya” musiqi yarışına 2008-ci ildən qatılır. 2008-ci ildə Elnur Hüseynov və Samir Cavadzadə 8-ci yerdə, 2009-cu ildə Aysel Teymurzadə və Araş 3-cü yerdə, 2010-cu ildə Səfurə Əlizadə 5-ci yerdə, 2011-ci ildə Nigar Camal və Eldar Qasımov 1-ci yerdə, 2012-ci ildə Səbinə Babayeva 4-cü yerdə, 2013-cü ildə Fərid Məmmədov 2-ci yerdə qərarlaşıb.
2014-cü ildə təmsilçi Dilarə Kazımova 22-ci yeri, 2015-ci ildə Elnur Hüseynov 12-ci yeri, 2016-cı ildə Səmra Rəhimli 17-ci yeri, 2017-ci ildə Diana Hacıyeva 14-cü yeri tutub.
“Avroviziya 2018” mayın 8-10-u Portuqaliyanın paytaxtı Lissabonda keçiriləcək. (Novator.az)
Oxunub: 86