Süleyman Kәrimov Rusiyanın toxunulmazlarından biri idi. O, ölkənin 21 ən zəngin iş adamından biri, parlamentin yuxarı palatasında senatordur. O, prezident Vladimir Putinə olan sadiqliyi və nəticədə qazandıqları ilә, faydaları ilә tanınan iş adamlarından biridir. Süleyman Kәrimov Putinin “Vahid Rusiya” partiyasının üzvüdür. O, әhəmiyyətli dövlət layihələrinə yüz milyonlarla dollar sərmayə yatırıb.
Belə “cib oliqarxlar” rəsmi statusu qazanırlar, hətta səyahət zamanı diplomatik toxunulmazlıqları da olur. 51 yaşlı Süleyman Kərimovun Rusiya diplomatik pasportu var. Rus mətbuatına görə bu həftənin əvvəlində Fransaya gəldiyi zaman xüsusi səfərdə olduğu üçün diplomatik pasportunu götürmәyib.
Nəticədə təyyarəni qaçırdıqdan sonra vergi ödəməkdən və pulların yuyulması iddiası ilə həbs olundu. Rus mətbuatında barmaqlıqlar arxasında olan Kərimovun vizionu ölkə elitasını şok vәziyyәtә salıb.
Keçmiş bir neçə il ərzində Rusiya ilə Qərb arasında gedən gərginliklər zamanı Kərimov həm Fransada, həm də Rusiyada öz adını, azadlığını və sәrvәtini qorumaq üçün əlindən gələni edib.
Forbes’in təxminlərinə görә Kәrimovun 6,3 milyard dollar dəyərində sәrvәti var. Qanunla senatorun xaricdə heç bir villası olmamalıdır. Beləliklə, Kәrimov Moskvaya bu barәdә heç bir məlumat verməyib. Bununla yanaşı Fransada o, özünün əmlakının olmadığını və ailəsi ilә birlikdə yaşadığı villaların İsveçrə vətəndaşı olan vәkilinә aid olduğunu deyib.
Rusiyada iş xəbərlərini 1992-ci ildən müstəqil bir müşahidəçi olaraq əhatə edən Olqa Proskurnina Kərimovun və bir çox başqa rus iş adamlarının və səlahiyyətlilərinin Fransanın cənubundakı həyatlarını araşdırmaqla mәşğuldur.
Proskurnina deyir ki, “350-dən artıq rus milyoner və səkkiz milyarder Monakoda və Fransız Riviera’da mülkiyyətə sahibdir”. “Onların gerçək həyatı xaricdədir, onlar yalnız pul qazanmaq üçün Rusiyaya gəlirlər”.
Həm liberal, həm də mühafizəkar ekspertlər hesab edirlər ki, ruslar ofşor bank hesablarında xaricdә təxminən 1 trilyon dollar saxlayırlar .
Proskurnina qeyd edib ki, Kərimovun həbsi oliqarxlarda ciddi narahatlıq yaradıb. Çünki onların diplomatik pasportlarla sərbəst səyahət etməyə böyük ümidləri var idi.
Fransız səlahiyyətliləri, Kərimovun Fransada 90 min kvadrat metrdən çox olan dörd böyük villaya sahib olduğuna əmin idi. Bu doğru olarsa, Kәrimov vergi ödəmə işində milyonlarla avro məbləğində cərimə oluna bilәr və o vergini dә ödəməlidir.
Gələcəkdə Kərimov nümunəsi, öz hüquqlarının qorunması üçün daha mürəkkəb sxemlər qurmaq üçün Fransada digər rusiyalıları da ilhamlandıracaq. Rus səlahiyyətlilər Fransa hökumətini Kərimovun həbsi mәsәlәsindә planlaşdırılmış təxribatçılıqda ittiham etdi.
Qloballaşma İnstitutunun rəhbəri Mixail Delyagin bildirib ki, Kərimovun həbsi Qərbin Moskvaya zərbə vurmaq üçün Rusiyalı oliqarxları әlә almağa başladığını göstәrir. “Bu Rusiyalı oliqarxların Qərb tərəfindən zәiflәdilmәsi və ya oliqarxlara qarşı təzyiq elementi kimi bir sınaq ola bilər. Belə ki, plana görә gələcək Maydanda onlar Qərb tərəfində dayanacaqlar”, – deyә Delyagin nakanune.ru ilə müsahibəsində bildirib.
Hər halda, Riviera 51 yaşlı Kərimov üçün uğurlu bir yer olmadı.
Köhnə millət vəkili Gennadi Qudkov “The Daily Beast” a müsahibəsində deyib: “onun güclü mövqeyi var. Ona hər şeyə icazə verilirdi. “Mən onun işə gəlməyini bir dəfə dә olsun xatırlamıram”.
Fransız polisi Kərimovun pasportunu götürüb vә onun ölkədən çıxmağına qadağa qoyub.
Qudkov әvvәllәr KQB zabiti olub və daha sonra Dumanın millət vəkili olub. Artıq o, açıq bir müxalifət fəalıdır.
Gennadi Qudkov
Qudkov deyib ki, “bir neçə il əvvəl Monako turunda oldum. Dostlarım mənə Putinin Peterburqdakı sarayını yenifən qurmuş şəxsin evini, Vahid Rusiya partiyasının üzvlərinin dəyəri milyardlarla ölçülən villalarını,evlərini, yaxtalarını göstərdilər.
“Bu elita 17 ildən artıqdır ki, Putinə dəstək olur. Siyasi həyatın bütün sirlərini bilirlər, amma onların arvadları, sevgililəri, sevgili evləri Rusiyadan uzaq olan isti çimərliklər üzərindədir və onları itirməkdәn nәinki xoşlanacaqlar, әksinә nifrət edəcəklər “.
ABŞ-ın the Daily Beast internet nəşri rusiyalı deputat və milyarder Süleyman Kərimovun Fransada həbsinin səbəbləri və yarada biləcəyi nəticələr haqqında maraqlı material dərc edib.
Oxunub: 728