Prezident İlham Əliyev Cinayət-Prosessual Məcəlləsinə düzəlişlər haqda qanun layihəsini parlamentə təqdim edib. Düzəlişlər ev həbsinin tənzimlənməsinə aiddir.
Əsasən CM-in 163-cü maddəsinə (ev həbsi) əlavələr təklif olunub. Belə ki, ev həbsinə məruz qalan şəxsə kütləvi tədbirlər təşkil etmək və onlarda iştirak etmək, məhkəmənin müəyyən etdiyi ərazini tərk etmək, müəyyən şəxslər ilə əlaqə yaratmaq qadağan olunur.
Eyni zamanda alkoqolizm, narkomaniya, toksimaniya və zöhrəvi xəstəliklərdən müalicə kursları keçməyə icazə verilir.
Həmçinin müttəhimin üzərinə zəruri davranış və cəmiyyətdən qismən təcrid olunmanı təmin edən digər öhdəliklər qoyulur.
Şəxs stasionar müalicə üçün yerləşdirilərsə müvafiq tibb müəssisəsi ev həbsinin icra olunduğu yer sayılır.
Qanun layihəsinin dekabrın 1-də Milli Məclisin plenar iclasına çıxarılacağı gözlənilir. (turan)
Oxunub: 338