Bu barədə məlumatı vəkil Fariz Namazlı fb səhifəsində yayıb.
Söhbət S. Dadaşbəylinin 2007-ci ildə keçmiş MTN əməkdaşları tərəfindən həbs edilməsi, 14 il müddətinə azadlıqdan məhrum edilməsindən gedir. S.Dadaşbəyli Avropa Məhkəməsinə müraciət edərək Konvensiyanın 6.1 və 6.3 (c) maddələrinin pozuntusundan şikayət edib.
Avropa Məhkəməsi Azərbaycan hökümətinə Ərizəçinin cinayət ittihamı üzrə ədalətli məhkəmə araşdırması hüququnun, öz istəyi ilə müdafiəçinin köməyindən istifadə etmək hüququnun pozulub-pozulmaması ilə bağlı suallar göndərib.
Xatırladaq ki, Azərbaycan Cinayət Məcəlləsinin 218 (cinayətkar birlik yaratma), 274 (dövlətə xəyanət), 28, 278 (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlamağa hazırlıq), 228 (qanunsuz odlu silah saxlama), 204 (saxta pul və ya qiymətli kağızlar hazırlama və ya satma), 234 (qanunsuz olaraq narkotik vasitələri saxlama və daşıma) maddələri ilə təqsirləndirilən S.Dadaşbəyli və onun tərəfdaşları SEPAH-la (İran İslam İnqilabı Keşişçiləri korpusu) əməkdaşlıqda təqsirləndiriliblər.
Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmənin hökmü ilə əmlakı müsadirə olunmaqla Səid Dadaşbəyli, Ceyhun Əliyev, Rəşad Əliyev, Cahangir Kərimov 14 il, Rasim Kərimov, Samir Qocayev, Fərid Ağayev, Bəybala Quliyev 13 il, Emin Mehbalıyev, Mikayıl İdrisov, Rəşad İsmayılov 12 il, Mübariz Süleymanov 9 il, Faiq İsmayılov 6 il, Fətulla Bəbirova 3 il 6 ay, Zaur Orucov isə 2 il müddətinə azadlıqdan məhrum ediliblər.
Azadliq.info
Oxunub: 192