Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilərək həbs olunan iş adamı Ceyhun Canıyevin işi üzrə məhkəmə prosesi davam etdirilib.
Hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs müdafiəçilərinin suallarını cavablandırıb.
İş üzrə zərərçəkmiş qismində tanınan iş adamı Zabir Əliyev epizodu üzrə danışan təqsirləndirilən şəxs bildirib ki, Z.Əliyevə onun heç bir borcu yoxdur: “Zabir Əliyev 2015-ci ildə bu məsələ ilə bağlı Baş Prokurorluğa müraciət edib. Qurum şikayəti araşdırıb və şikayətin rədd edilməsi barədə qərar qəbul edilib. Həmin qərar bu gün də qüvvədədir. Baş Prokurorluq Z.Əliyevin şikayətini əsassız hesab etdiyi halda cinayət işində adı yenə zərərçəkmiş keçir”.
İş üzrə növbəti məhkəmə prosesi dekabrın 6-na təyin edilib.
İttihama görə, iş adamı C.Canıyev Bakıda bir neçə sahibkarı aldatmaqla, onlardan külli miqdarda pul alıb. C.Canıyev ümumilikdə, 12 milyon dollar mənimsəməkdə təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb.
Oxunub: 104