Dövlət İmtahan Mərkəzi (DİM) vakant vəzifə yerləri haqqında onlara məlumat verməyən dövlət orqanlarına aşkar edilmiş pozuntuların aradan qaldırılmasının təmin edilməsi üçün müvafiq məktublar göndərib.
Bunu DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Şuranın iclasında deyib.
Onun sözlərinə görə, bəzi dövlət orqanlarında vakant vəzifə olduğu halda həmin vəzifələrin tutulması barədə müvafiq qərar qəbul edilməməsi və bu barədə Mərkəzə məlumat verilməməsi halları mövcuddur:
“Həmin dövlət orqanlarına aşkar edilmiş pozuntuların aradan qaldırılmasının təmin edilməsi üçün müvafiq məktublar göndərilib”.
Oxunub: 162