Kreml Bitləşmiş Ştatları Rusiyanın biznes elitasını gələn il keçiriləcək seçki ərəfəsində prezident Vladimir Putinə qarşı qoymaq cəhddə ittiham edib.
Putinin sözçüsü Dmitri Peskov noyabrın 30-da jurnalistlərə deyib ki, o adını çəkmədiyi beynəlxalq xəbər agentliklərinin birindən yazılı suallar alıb.
Onun dediyinə görə, suallardan biri belə olub: “Siz belə bir fikirlə razısınızmı ki, ABŞ hakimiyyəti sanksiyalardan Rusiya prezidentinin varlı dəstəkçilərini ona qarşı qoymaq üçün istifadə edir?”
Peskov deyib: “Mən əminəm ki, həqiqətdə də məhz bu baş verir”.
Peskovun sözlərinə görə, başqa bir sual belə idi: “Düşünürsünüzmü ki, ABŞ-ın belə cəhdləri prezident seçkisi ilə bağlıdır?”
Peskov bu sualın cavabında da “biz buna əminik” deyib.
Vladimir Putin martın 18-də keçiriləcək seçkidə dördüncü müddət üçün namizədliyini hələki elan etməyib.
Amma baş nazir Dmitri Medvedev noyabrın 30-da jurnalistlərə deyib ki, əgər Putin seçkidə iştirak etmək qərarına gəlsə, Vahid Rusiya partiyası onu tamamilə dəstəkləyəcək.
Putinin bu seçkidə iştirak edəcəyi və asanlıqla qalib gələcəyi gözlənilir.
Oxunub: 262