ABŞ Prezidenti Donald Trumpın Milli Təhlükəsizlik Müşaviri, General Herbert Raymond Mcmaster, Rusiyanın İranda davam edən hökumət əleyhinə etirazlara baxmayaraq rejimi dəstəkləməsinin “bir qarşılığı olacağını” söyləyib və Rusiyanı “ölkə daxilində böyük fəlakət yaradan İran rəhbərliyinin mövqeyi” ilə üzləşməyə çağırmışdır.
Mətbuata danışan Mcmaster, İran və Şimali Koreyanın nüvə silahı proqramlarının ABŞ və Rusiyanın maraqlarına zidd olduğunu deyib.
Rusiyanın Ukrayna üzərindəki hərbi təzyiqləri və qərbdəki seçkilərə qarışdığı iddialarının ABŞ və Rusiyanın münasibətlərini pozmağa yönəlmiş olduğunu bildirən Mcmaster, “Rusiyanın son zamanlardakı addımları, ABŞ və Avropa dövlətlərinin maraqlarına zidd olacaq kimi görünür. İrana kömək etmək Rusiyanın hansı işinə yaraya bilər? Rusiya İranı dəstəkləməyə davam edərsə bu hərəkətin bədəlini ödəyəcəkdir” deyib.
Ötən həftə İranda korrupsiya və yüksək qiymətlər səbəbilə başlayan və daha çox insanın iştirakı ilə hökumət əleyhinə aksiyalara çevrilən etirazlar hələ də davam edir. İndiyə qədər etirazılarda ən az 22 nəfər ölüb.
2015-ci ildə Rusiya və İran, Suriya Prezidenti Bəşşar Əsədə dəstək olmaq üçün əlaqələrini daha da gücləndirmişdi.
Azadliq.info
Oxunub: 586