Beynəlxalq Şəffaflıq Təşkilatı növbəti Korrupsiya İndeksini dərc edib.Bu indeks 2017-ci ili əhatə edir. Əvvəlki illərdə olduğu kimi liderlər və autsayderlər demək olar ki, dəyişməyib.Yeni Zelandiya, Danimarka, Norveç,Finlandiya və İsveçrə ilk beşlikdə yerlərini saxlayıblar.Cənubi Sudan və Somali yenə son yerləri tuturlar.
Bizim üçün ən çox maraq doğuran məsələ Azərbaycanın korrupsiya siyahısında hansı yerdə qərarlaşmısıdır.Təəssüflə bildiririk ki, qonşumuz Gürcüstanın 46-cı olduğu siyahıda Azərbaycan 122-ci yerdədir.
Siyahıya diqqətlə baxanda çox xoşagəlməz mənzərə ilə qarşılaşmamaq mümkün deyil.Məsələ burasındadır ki, siyahıda Azərbaycandan öndə son illərdə adi hal alan statistikanı görürük. Ölkəmizi bu siyahıda 20 Afrika ölkəsi qabaqlayır.
Azadliq.info
Oxunub: 724