Deputatın ailə üzvü həmin istirahət mərkəzində gənc azərbaycanlını öldürüb, lakin İlham Əliyev susdu…
Deputat Hüseynbala Mirələmovdan İlham Əliyevə şikayyət
Fadhil Nairooz Abed Abed – İraq Respublikası Vətəndaşı İlham Əliyevə müraciət edib
Hörmətli İlham Əliyev cənabları!
Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra ölkədə aparılan demokratik islahatlar sayəsində beynəlxalq aləmdə nüfuzunu artırmış, ölkə ərazisində sabit və güvənilən biznes mühütünün olması xarici sərməyələrin Azərbaycan iqtisadiyyatına yatırılmasına təkan vermişdir.
2 yanvar 1992-ci il tarixində İraq Azərbaycanın müstəqilliyini tanımışdır. 30 mart 1992- ci il tarixində Azərbaycan Respublikası ilə İraq Respublikası arasında diplomatik münasibətlər qurulmuşdur. Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-İraq parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. İki ölkə arasında diplomatik əlaqələr bu gündə uğurla davam etdirilir.
Cənab Prezident!
2017-ci ilin iyun ayında İcarəyəverən, Bakı şəhəri Səbail rayonu, Salyan şossesi11-ci km 17 ünvanında yerləşən, ümumi sahəsi 1191,6 kv.m olan, “Min bir gecə” adlı istirahət mərkəzinin sahibi Mirələmov Rauf Hüseynbala oğlu ilə Bakı şəhəri 6 saylı notariat kontorunda reyestrdə 3M-1044 nömrə ilə qeyd edilmiş 01.06.20117-ci il tarixli İcarə müqaviləsi imzaladıq. Bu müqvilə Bakı şəhəri 6 saylı notariat kontorunun xüsusi notariusu Ərəstun İmanov tərəfindən təsidq edilmişdir.
Həmin müqaviləni Mirələmov Rauf Hüseynbala oğlu əvəzinə, Bakı şəhəri 5 saylı dövlət notariat kontorunda 24.07.2007-ci il tarixdə verilmiş 16467 reyestr nömrəli etibarnamə əsasında nümayəndəsi Mirələmov Hüseynbala Fazil oğlu imzalamışdır. (Azərbaycan Respublikası Milli Məclisinin deputatı)
Həmin müqavilənin tələbinə görə ƏMDK-nin yanında DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən 25.12.2013-cü il tarixdə Mirələmov Rauf Hüseynbala oğluna verilmiş 004011002789 reyestr nömrəli, 1113141406 qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət üzrə Icarəyə verən Mirələmov Rauf Hüseynbala oğluna aid olan 1191,6 kv.m olan qeyri-yaşayış sahəsinin, “Min bir gecə” istirahət mərkəzinin, (333 kv.m) – icarəçi Qasımov Rəşad Yusif oğluna, (333 kv.m) – Fadhil Nairooz Abed Abednaya və (334 kv.m) – Amjed Mohammed Abed Msaaaraya icarəyə vermişdir.
İcarə müqaviləsinin 5-ci bəndinə görə icarəyə götürən Qasımov Rəşad Yusif oğlu aylıq 2000 manat 00 qəpik (iki min manat sıfır qəpik), Fadhil Nairooz Abed Abed 2000 manat 00 qəpik (iki min manat sıfır qəpik), Amjed Mohammed Abed Msaaara 2000 manat 00 qəpik (iki min manat sıfır qəpik) icarə haqqını İcarəyəverən Mirələmov Rauf Hüseynbala oğluna ödəyirlər. İcarə müqaviləsinin şərtinə görə icrə haqqının hər ay ödənilməsi nəzərdə tutulsa da, biz icarə haqqının iki illik məbləğini qabaqcadan ödəmişdik.
Həmin müqavilənin 8-ci bəndinə görə – Müqavilənin ləğv edilməsi tərəflərin bir ay qabaqdan yazılı ərizəsinə müvafiq olaraq həyata keçirilir. Həmin müqavilənin 3-cü bəndinə görə – İcarə müddəti 01.06.2019 il tarixədək müəyyən edilir və onun bitməsinə 1 (bir) ay qalmış tərəflər həmin müqavilənin pozulmasına dair heç bir təklif irəli sürməzlərsə icarə müddəti daha 1 (bir) il müddətinə uzadılmış hesab edilir.
Cənab Prezident!
Məlumat üçün bildirirk ki, sözügedən istirahət mərkəzini icrəyə götürdükdən sonra orada əsaslı təmir işləri aparılmış, müşahidə kameraları quraşdırılmışdır, çimərlik ətrafına zontiklər quraşdırılmış və s. işlər görülmüşdür. Təxminən 100.000 (yüz min) manata yaxın əlavə vəsait xərclənmişdir.
Onu da nəzərinizə çatdıraq ki, Bakı şəhəri Səbail rayonu, Salyan şossesi11-ci km 17 ünvanında yerləşən “Min bir gecə” istirahət mərkəzi dəniz qırağında yerləşdiyindən mövsümü iş prinsipinə malikdir. Həmin istirahət mərkəzini icarəyə götürməkdə əsas məqsədimiz ərəb turistlərinin Respublikaya cəlb edilməsi və turizimin inkişafında azərbaycanlı dostumuza dəstək vermək olmuşdur.
Bu ilin yay mövsümü yaxınlaşanda istirahət mərkəzinin faktiki sahibi deputat Hüseynbala Mirələmov müqavilə şərtlərini və Azərbaycan Respublukasının Qanunlarını kobud şəkildə pozaraq, bizi məlumatlandırmadan müqaviləni ləğv edərək istirahət mərkəzini başqa şəxsə icarəyə verməklə bizə küllü miqdarda həm maddi, həm də mənəvi ziyan vurmuşdur.
Belə ki, lcarə müqaviləsindən də göründüyü kimi müqavilə 01.06.2017-ci il tarixdə bağlanmış icarə müqaviləsi 01.06.2019-ci il tarixə kimi qüvvədədir. Buna baxmayaraq 01.04.2018-ci il tarixdə icarəçisi olduğum “Min bir gecə” istirahət mərkəzinə gəldikdə deputat H.Mirələmovun köməkçisi Elşən adlı şəxs mənə bildirdi ki, Mirələmov mənə tapşırıb ki, onları içəri buraxma, “obyekti” başqa adama icarəyə vermişik və sizinlə olan müqaviləni ləğv etmişik.
İcarəyəverən Mirələmov Rauf Hüseynbala oğlunun adından etibarnamə əsasında çıxış edən deputat Hüseynbala Mirələmovun bu qanunsuz əməlləri nə Azərbaycan Respublikası Qanunlarına nə də ki, Beynəlxalq hüquq normalırına uyğun deyildir.
Hörmətli İlham Əliyev cənabları!
Aprelin 9-da Sizin sədrliyiniz ilə Nazirlər Kabinetinin 2018-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasdakı çıxışınız ümüd yaratdı ki, baş vermiş qanunsuzluğa görə də məsul şəxslər öz layiqli cəzalarını alacaqlar.
Azərbaycan Respublikası Milli Məclisinin deputatı Hüseynbala Mirələmovun qanunsuz əməllərinə hüquqi qiymət verilməsi üçün əlaqədar qurumlara göstəriş verməyinizi və bizə dəymiş ziyanın ödənilməsi üçün deputata tapşırıq verməyinizi xahiş edirik
- Fadhil Nairooz Abed Abed
- Amjed Mohammed Abed Msaaara
P.S Azərbaycan Respublikası ilə İraq Respublikası arasında isti diplomatik münasibətlər olduğu bir zamanda, Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-İraq parlamentlərarası əlaqələr üzrə işçi qrupu uğurla fəaliyyət göstərdiyi dönəmdə Milli Məclisin deputatı Hüseynbala Mirələmovun ölkə Başçısının xarici siyasətinə kölgə salmağı heç başa düşülən deyil.