![](https://i1.wp.com/www.azadliq.info/wp-content/uploads/2018/11/supurgeci-qeza.jpg)
Sumqayıt şəhərində süpürgəçi qadını maşın vuraraq öldürüb. Hadisə şəhərin Sahil küçəsində baş verib.
Sumqayıt şəhər Təmizlik Departamentinin süpürgəçisi, 1979-cu il təvəllüdlü Şəbiyeva Həcər Səbər qızı küçəni təmizləyən zaman qarşı tərəfdən gələn nəqliyyat vasitəsi onu vurub.
Qadın aldığı xəsarətlərdən hadisə yerində keçinib (report.az).