Milli Məclisin üzvü, Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə:
“Demokratiyadır, hərə öz fikrini deyir. Primakovu dərk etmək üçün gərək heç olmasa, onun yarısı qədər savadın olsun. 20 Yanvar hadisələrinin baş verməsində Primakovun heç bir rolu olmayıb. Əksinə, o, Bakıya gəlib. Xalq Cəbhəsinin liderlərinə demişdi ki, camaatı küçələrdən yığın, qan töküləcək. Onlar isə Primakova bildirmişdilər ki, Tblisidən sonra Bakıda qan tökməyə cürət etməzlər. O Primakovun ağlı, bu isə Xalq Cəbhəsinin liderlərinin… Həmin qətliamın sifarişçiləri Xalq Cəbhəsi liderləri, Qorbaçov və Azərbaycan Kommunist Partiyasının “maymaq” rəhbərləri idi”.
Xatırladaq ki, deputat Araz Əlizadəyə qarşı sosial şəbəkələrdə #nifrət kampaniyası gedir.