“Azər Qasımlının brifinqindən çıxan nəticələr :
- 2013- cü ildə cəmi 30 nəfər üzvü olan ReAl hərəkatı 8 gün ərzində 42 min imza yığa bilib, amma 2018-ci ildə Real partiyası 40 min imzanı 4 aya yığa bildi;
- İlqar Məmmədov həbsxanada olduğu illərdə Real hərəkatına (partiyasına) vətəndaş cəmiyyəti hər cür dəstək verib, amma İlqar Məmmədov həbsdən çıxdıqdan sonra bu dəstək kəsilib ;
- İlqar Məmmədov həbsdən çıxdıqdan sonra partiyanın bütün resursları onun sərəncamına keçib, funksionerlər, partiyanın rəhbərliyinə daxil olan başqa şəxslər bu resurslarla bilavasitə işləmək imkanından məhrum ediliblər, ya da kənarlaşıblar ;
- İlqar Məmmədovun təşkilat qurma ideyası Real-ı yalnız seçkidən- seçkiyə qabaranŞ sonra isə buraxılan partiya modelinə əsaslanır. Seçkilərarası dövrdə partiyanın strukturları faktiki olaraq, buraxılır ;
- İlqar Məmmədova hakimiyyətin mətbəxindən ya informasiyalar, ya da dezinformasiyalar ötürülür və bunlar Realın idarə edilməsində ilk növbədə nəzərə alınır ;
- İlqar Məmmədov partiyanın «çevik idarəetməsi» adı altında yalnız sədrin fitvaları ilə işləyən, avtoritar və məhdud bir struktur yaratmaq niyyətindədir ;
- Seçki ilə nəfəs aldığını deyən, « yalnız seçkilər » iddiası ilə danışan partiyanın seçki qərargahı yoxdur ;
- Realın keçmiş üzvləri partiyanın rəhbər strukturlarında hansısa formada qalırlar, hətta səsvermədə də iştirak edirlər (məsələn, Rəsul Cəfərov və Xaliq Bağırov).”
Emil Cəfərov (FB statusu)