Ilham Hüseyn
Sabah Əli bəyin 55 yaşı tamam olur. Onun 55 yaşı əsrdən böyükdü. Kimin nə deməsindən asılı olmayaraq Əli Kərimli faktdı, tarixdi, şəxsiyyətdi, obrazdı, liderdi. Əli Kərimlinin bioqrafiyası ləyaqətli vətəndaş, ləyaqətli insan olmağın reseptidi. O, “siyasət çirkin peşədir” deyimin, öz fəaliyyətiylə sıradan çıxarıb. O, sübut etdi ki, mənəviyyatı itirmədən də siyasətlə məşğul olmaq mümkündü. O, göstərdi ki, sərt avtoritarizm tufanında da mənən sağ qalmaq, vətənə və xalqa təmənnasız xidmət etmək mümkündü. O, həm də öz dik duruşuyla dönüklərin, satqınların, şər qarşısında ağ bayraq qaldıranların bəhanələrin dəf etdi.
Vəzifəni, pulu, komfort həyatı əlinin dalıyla itələdi, həm də dəfələrlə.
Əli Kərimli 55 yaşın blokada şəraitində qeyd edir. Zalıma baş əymədiyinə, xalqın haqqın tələb etdiyinə görə təcrid olunub.
Sözün kəsmək istədilər, bacarmadılar
Mübarizə əzmin kəsmək istədilər, bacarmadılar
Xalqa olan inamın kəsmək istədilər, bacarmadılar
Prinsiplərin kəsmək istədilər, bacarmadılar.
Axırda məcbur qalıb, internetin kəsdilər.
Bəli, mənəvi xətləri kəsə bilmədilər, telefon xəttin kəsdilər.
Əli Kərimli mübarizəsin bütöv saxlaya bildiyinə görə, internetin, telefonun kəsintiyə verib.
Bu qədər yüksəklikləri əldə etmiş adamı, internet çökəkliyinə hücum çəkməklə məğlub etmək mümkün deyil. İndi Əli Kərimli yüzlərlə insanın profilindən danışır. Həm də təkrar-təkrar, bütün platformalardan danışır.
Əli Kərimliyə 55 yaşında nə arzulamaq olar?
Məncə, o mənəvi hakimiyyəti əldə edib, əsrin yarısını əsrlərə sığmayacaq qədər möhtəşəm yaşayıb. Şüurlu həyatını şərlə mübarizəyə həsr edib. Qeyri-bərabər döyüşdə səngərdən qaçmayıb.
Hamının arzuladığı şeylərdən könüllü imtina etmiş adama, ancaq can sağlığı arzulamaq olar.
55 yaşın mübarəkdi bəy !