Rüfət Səfərov
Dünən mexaniki bəyəndiyim, lakin sonradan ilk dost reaksiyasından sonra dərhal tam oxuyub, bəyənməni geri çəkdiyim (kütləviləşmə olmadığı şəraitdə) və bunu heç kim tələb etməsə də sonradan ayrı-ayrı mətnlərin altında etiraf edərək bildirməyimə baxmayaraq, görürəm ki, yenə də həm şəxsidə, həm də açıq post və rəylərdə zəka, təfəkkür tərzi və şəxsiyyətimi aşağılayırlar.
Bəli, olur, bəzən olur ki, mətn sahibinə aşırı etimadın olduğundan, dar macalda ilkin bəyənirsən, oxumağısa bir qədər sonraya saxlayırsan ki, təcrübə də əslində bunun səhv metod olduğunu təsdiqlədi.
Ay zalımlar, mən çəkinmədən, utanmadan həyatımın ən mənfur dövrlərini hekayə şəklində yazıb paylaşan birisiyəm.
Səmimi şəkildə.
Yaydığım məhbəs xatirələrinin 17-ci hissəsində heç kimin cürət edib nəql edə bilməyəcəyi detalları tirajlamışam, peşman da deyiləm. Qoy cəmiyyət kim olduğumu tam bilsin.
Köhnələrdən deyiləm, yeniyəm deyə…
İndi deyirsiniz ki, bir posta mexaniki like atıb, sonradan guya statusa yönəlik kütləviləşən qınağa (hansı ki, təkrar edirəm, geri götürəndə heç bir kütləviləşmədən söhbət belə gedə bilməzdi) görə utanıb addım atmışam?
Bunu deyən insafsızlar, komformistlər, etirafıma inanmayıb, amansızcasına qamçılayanlar, bəs haqsız surətdə üstümdən tank keçəndə, əzəndə, məhv edəndə dilinizi dinməz yerinizə niyə qoyurdunuz?
Qorxurdunuz?
İlham Əliyevi sərt tənqid etdiyimə görə, hətta bəzən həddimi aşdığıma görə hünəriniz yox idi?
Sizsinizmi obyektiv?
Ədalətiniz budurmu?
İnsan hüquq və azadlıqlarını qoruyursunuz?!
Hüquq müdafiəçisiniz?)
Belə?
Sirr deyil ki, işverən bələdçinizlə birlikdə zorakı rejimin qarşısında reverans edənsiniz, diz çökənsiniz, İlham Əliyevin adının hərfini belə dilə gətirməyə çəkinənsiniz, əvəzində miskin biçimdə 4 bir tərəfdən qrant dilənib, məsələn, deputat köməkçisinin bir xətasını qlobal həddə şişirtməyə qadir olansınız.
Bəzən 3-4 silləyə, bəzənsə 1 illik “srok”a tab gətirməyib, məhbəsdəkən diktatora açıq səs verib, azadlığı satın alanların cərgəsindəsiniz də…
Kimsiniz ki?
Busunuz da!
P. S. Heç şübhəsiz, kinodramaturq Eldəniz Quliyevi Azərbaycanın dəyərli aydını sayıram, amma son postunu qəbul etmirəm. Baxmayaraq ki, üzərimdə misilsiz və böyük haqqı vardır.