Milli Şuranın sədri Cəmil Həsənli
Eldəniz bəyin məlum statusu haqqında dünən öz fikrimi bildirmişəm: Təqdir etmirəm və razı deyiləm. İnsanların şəxsi həyatına müdaxilə yolverilmizdir. Lakın məlum yanlış post ətrafında müzakirələr davam edir. Müxtəlif adlar, dostluq münasibətləri və şəxsi simpatiya zəminində Eldəniz bəyin yazısına haqq qandıranlar və eyni zamanda bundan sui istifadə edənlər var.
Eldəniz bəy Milli Şuranın Koordinasiya Mərkəzinin üzvüdür. O, öz fikrini yazıb, hətta bəzi izahlarında Freydin sözlərini də kiçicik təhrif edərək öz yanlış mövqeyinə uyğunlaşdırmağa çalışıb. Bir daha bəyan edirəm ki, Eldəniz bəyin bu yazıda sərgilədiyi mövqeyi, istifadə etdiyi ifadələri, qüsurlu müqayisəni leksikonu Milli Şura rəhbərliyi bölüşmür və dünən Zoom proqramında keçirilən video toplantıda da bu irad Eldəniz bəyin nəzərinə çatdırılıb.
Şübhəsiz ki, onun bu yanaşması Milli Şuranın prinsiplərinə ziddir. Biz insanların dini, milli, etnik, cinsi və sair mənsubiyyətlərinə görə diskriminasyasını qəbul etmirik və buna qarşıyıq. Hətta, bir müddət əvvəl İlham Əliyev rejimi, Azərbaycan polisi Bakı şəhərində LGİBT-lərə qarşı təqib əməliyyatı keçirəndə mən Milli Şuranın sədri kimi bunu pisləyən açıqlama ilə çıxış etmişəm, hakimiyyətdən bu repressiyalara son qomağı və bu insanların vətəndaş haqlarına və hüquqlarına hörmətlə yanaşmasın tələb etmişəm.
Eyni zamanda onu da əlavə etmək istəyirəm ki, Eldəniz bəyin bu səhv addımından Xalq Cəbhəsinə qarşı istifadə cəhdləri də ədalətsizdir və ümumiyyətlə, Eldəniz bəy AXCP-nin üzvü deyil və partiya ilə hər hansı tbir əşkilatı bağlılığı yoxdur. Bu halda bəzilərinin süni şəkildə Eldəniz bəyin məlum statusundan AXCP-yə qarşı istifadə cəhdləri ölkə və beynəlxalq ictimaiyyəti manipulyasiya etmək xarakteri daşıyır və təəssüf doğurur.